Messi Ronaldo ilə "Yuventus"da oynasa, necə olar?

4 İyul 2020 16:42 İtaliya 2 046
Messi Ronaldo ilə "Yuventus"da oynasa, necə olar?

“Barselona”ın sabiq futbolçusu Rivaldo Lionel Messinin gələn bu komandadan ayrılacağı barədə iddialara münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, ESPN-ə müsahibəsində deyib:

“Əgər Messi getmək istəyirsə, deməli, paltardəyişmə otağında nəsə yerində deyil. Ola bilər ki, o, son aylar klub ətrafında yaranan daimi problemlərdən yorulub. Müqaviləsi başa çatanda Messinin 34 yaşı tamam olacaq. Amma o, bu səviyyəsi ilə İngiltərə Premyer Liqasında rahatlıqla oynaya bilər.

Mənə elə gəlir ki, artıq çox agent “Yuventus”da Messi ilə Ronaldonun duetini görməyi arzulayır və bunun nə qədər möhtəşəm olacağını düşünür. Bu hadisə dünya bumu olardı.

Əminəm ki, “Yuventus” argentinalıya qoyduğu invetstiyanı geri qaytara bilərdi. Ronaldo – Messi dueti tarixə düşər. Bir çox sponsorun da bu məsələdə “Yuventus”a kömək edəcəyinə inanıram. Son on ilin iki ən yaxşı oyunçusunun bir komandada oynaması fantastik hadisə olardı”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”