Məşhur İtaliya klubu “Qarabağ“ın ümidini azaltdı

30 İyun 2020 14:08 İtaliya 2 061
Məşhur İtaliya klubu “Qarabağ“ın ümidini azaltdı

Asmir Beqoviç “Milan”la müqavilə müddətini ik ay uzadıb.

Sportinfo.az xəbər verir ki, bosniyalı qolkiperin sözləşməsi iyunun 31-də başa çatsa da, koronavirus pandemiyasının yaratdığı fasilə səbəbindən oyunçu bu ay komandanı tərk etməyəcək.

Beqoviçlə yanaşı, müqaviləsi iyunda başa çatacaq hücumçu Zlatan İbrahimoviç, müdafiəçi Simon Kjaer və yarımmüdafiəçi Bonaventuranın da daha iki ay “Milan”da qalacaq.

33 yaşlı qapıçı sözləşmə ilə “Bornmut”a məxsus olsa da, icarə əsasında “Milan”da çıxış edir. O, mövsümün ilk yarısını “Qarabağ”da keçirib. Balkanlı “əlcək sahibi“nin Azərbaycana dönməsi artıq reallıqdan bir qədər uzaq görünür. çünki İngiltərə klubu Asmiri daha harasa icarəyə vermək fikrində deyil.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu