Ronaldonun İtaliyada yalnız onlara gücü çatmır

27 İyun 2020 13:54 İtaliya 723
Ronaldonun İtaliyada yalnız onlara gücü çatmır

"Yuventus"un futbolçusu Kriştianu Ronaldo İtaliya A Seriyasında növbəti nailiyyətə imza atıb.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı hücumçu XXIX turun "Leççe" ilə ev oyununda da fərqlənərək, İtaliyada 20-ci komandanı məyus edib.

Bununla da ölkədə 35 yaşlı forvardın qol vurmadığı yalnız bir komanda - "Kyevo" qalıb. Ronaldo 2018/2019 mövsümündə Verona təmsilçisi ilə ev oyununda da bu şansa malik olub. Lakin həmin qarşılaşmada o, penaltini dəqiq yerinə yetirə bilməyib.

Əvəzində təcrübəli qolçu "Leççe" ilə oyunun 62-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirərək, hesabı turinlilərin xeyrinə 2:0 edib. Görüş isə "Yuventus"un böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

Kriştianu Ronaldo cari mövsümdə bütün yarışlarda "Yuventus"un heyətində 35 görüşdə iştirak edərək 26 qol vurub, habelə 4 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!