Əşrəf "İnter"ə keçir

27 İyun 2020 01:38 İtaliya 549
Əşrəf "İnter"ə keçir

"Real" müdafiəçisi Əşrəf Hakimini "İnter"ə satmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, klublar anlaşmaq üzrədir.

Milan təmsilçisi mərakeşli sağ cinah müdafiəçisinin keçidi üçün 40+5 milyon ödəməyə razılaşıb. 21 yaşlı futbolçu "göy-qaralar"a keçməyə müsbət yanaşdığı üçün transferin tezliklə rəsmiləşəcəyi gözlənilir.

Əşrəfin "İnter"lə 5 illik müqavilə bağlayacağı və mövsümlük maaşının 5-6 milyon avro olacağı bildirilir. Hakimi son iki mövsümü icarə əsasında Dortmund "Borussiya"sında keçirib.

Digər Xəbərlər
Xəbər Lenti