17 yaşlı müdafiəçi İtaliya nəhənginə keçdi - FOTO

25 İyun 2020 00:28 İtaliya 612
17 yaşlı müdafiəçi İtaliya nəhənginə keçdi - FOTO

"Amyen"in müdafiəçisi Feliks Nzuanqo Bikien karyerasını "Yuventus"da davam etdirə bilər.

Sportinfo.az jurnalist Nikolo Skiranın "Twitter" hesabına istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir.

"Yuventus" Bikienə 3 illik müqavilə təklif etməyə hazırdı. Fransa və Kamerun vətəndaşlığı olan futbolçu "Amyen"in əsas komandasında çıxış etməyib.

Bikien U-19 komandasının üzvüdür. 17 yaşlı oyunçunun müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti