Baş məşqçi və futbolçusu dinə küfr etdiyi üçün…

24 İyun 2020 13:40 İtaliya 723
Baş məşqçi və futbolçusu dinə küfr etdiyi üçün…

“Fiorentina”nın baş məşqçisi Cüzeppe Yakini və komandanın müdafiəçisi Martin Kaseres cəzalanıblar.

Sportinfo.az xəbər verir ki, baş məşqçi və futbolçu küfr etdikləri üçün cəzaya məruz qalıblar.

Onları intizam komitəsi cəzalandırıb. İtaliya A seriyasında Tanrıya, dinlərə qarşı hörmətsizlik qadağandır. Baş məşqçi və futbolçu “Breşiya” ilə oyunda emosiyalarına hakim ola bilməyərək, özündə küfr ehtiva edən jestə yol veriblər.

Onlar müvafiq olaraq, bir və iki oyunluq cəzaya məruz qalıblar. Qarşılaşma isə 1:1 hesabı ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti