Ronaldodan daha bir

24 İyun 2020 11:20 İtaliya 498
Ronaldodan daha bir

İtaliya A Seriyasının 27-ci turu çərçivəsində “Yuventus”un “Bolonya”ya 2:0 hesabı ilə qalib gəldiyi oyun hücumçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı futbolçu, A Seriyasının tarixinə düşüb.

Belə ki, qarşılaşmada “qoca sinyora”nın ilk qolunu vuran Ronaldo, A Seriyasındakı qolların sayını 43-ə çatdırıb. Bu göstərici ilə o, turnir tarixində ən çox qol vuran portuqaliyalı futbolçu ünvanına yiyələnib.

O, bu göstəricidə “Milan” və “Fiorentina”nın sabiq futbolçusu Ruy Koştanı geridə qoyub. Ronaldo 2018-ci ildə “Real”dan “Yuventus”a transfer olunub.

Digər Xəbərlər
Xəbər Lenti