"Ronaldo bir həftədən sonra yfantastik oyunçu olacaq"

22 İyun 2020 13:40 İtaliya 524
"Ronaldo bir həftədən sonra yfantastik oyunçu olacaq"

"Yuventus"un baş məşqçisi Maurisio Sarri komandanın hücumçusu Kriştiano Ronaldo haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, portuqaliyalı oyunçu ilə bağlı deyib:

"Biz Ronaldo ilə İtaliya kubokunda "Milan" və "Napoli" ilə oyunlardan əvvəl danışmışdıq, həmçinin dünən də söhbət etdik. Ronaldo karyerası ərzində 700 qol vurub. O, bir mərkəz hücumçusundan daha geniş oynayır.

Bu, onun tərzidir və bu normaldır. Ümid edirəm ki, Ronaldo sabahkı gündən, maksimum bir həftədən sonra yenidən tanıdığımız fantastik oyunçu olacaq. İndi o, ən yaxşı fiziki formasında deyil".

Digər Xəbərlər
Xəbər Lenti