“Milan” ilə 6 milyon avro versə, İbrahimoviç qalacaq

17 İyun 2020 17:38 İtaliya 866
“Milan” ilə 6 milyon avro versə, İbrahimoviç qalacaq

Zlatan İbrahimoviç karyerasını “Milan”da davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 38 yaşlı futbolçunu n müqaviləsi mövsümün sonunda başa çatır.

Məlumata görə, Zlatan “Milan”da qalmaq istəyir, amma daha sərfəli maliyyə şərtləri qarşılığında. O, illik 6 milyon avro məvacib veriləcəyi təqdirdə, müqavilə bağlamağa hazırdır.

Zlatana C seriyasının “Montsa” klubu maraq göstərir. Bu klubun sahibi “Milan”ının sabiq prezidenti Silvio Berluskonidir. İbra “Milan”a bu ilin yanvarında “Los-Anceles Qelaksi”dən gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM