Ronaldo haqda 120 milyon avroluq iddiaya inanaq?

16 İyun 2020 16:42 İtaliya 593
Ronaldo haqda 120 milyon avroluq iddiaya inanaq?

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo haqda yeni iddia yayılıb.

Sportinfo.az xəbər verir ki "Don Balon" nəşri "Çelsi"nin portuqaliyalı hücumçu ilə maraqlandığını yazıb.

Bildirilib ki, London təmsilçisi 35 yaşlı oyunçu üçün 120 milyon avro ödəməyə hazırdır.

Xəbərdə "Çelsi"nin sahibi Roman Abramoviçin Ronaldonun agenti Jorje Mendeşlə arasındakı münasibətlərin yaxşı olduğu və bunun transferi asanlaşdıra biləcəyi vurğulanıb.

Bundan əvvəl Ronaldonun baş məşqçisi Maurisio Sarri ilə yola getmədiyi və Turin təmsilçisini tərk edə xəbərləri yayılıb. Onun "Mançester Yunayted"ə qayıda biləcəyi iddia olunmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti