İbrahimoviç paltardəyişmə otağında qaydaları pozdu

16 İyun 2020 01:52 İtaliya 1 129
İbrahimoviç paltardəyişmə otağında qaydaları pozdu

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç İsveçdə olarkən koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq olunan tibbi protokol qaydalarını pozub.

Sportinfo.az xəbər verir ki, 38 yaşlı hücumçu İsveç çempionatının 1-ci turunda "Ostersund" üzərində 2:0 hesablı qələbə qazanan "Hammarbü"nu təbrik etmək üçün paltardəyişmə otağına girib.

Qaydalara görə isə paltardəyişmə otağına yalnız futbolçu və məşqçilərin girişinə icazə verilib. Z.İbrahimoviç "Hammarbü"nun sahibidir. Onun sözügedən klubda oynaya biləcəyi iddiaları yayılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"