Prezidentlə mübahisə edən idman direktoru qovulur - FOTO

15 İyun 2020 14:36 İtaliya 909
Prezidentlə mübahisə edən idman direktoru qovulur - FOTO

"Roma" idman direktoru Canluka Petrakini vəzifəsindən qovmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, buna səbəb italiyalı sabiq futbolçunun prezident Ceyms Pallotta ilə mübahisə etməsi olub.

Amerikalı biznesmenlə Petrakinin transfer siyasəti ilə bağlı aparılan fikir mübadiləsi zamanı sözləri çəp gəlib və cütlük arasında mübahisə yaşanıb. Pallotta "müqavilə öhdəliklərini yerinə yetirmədi" bəndi ilə idman direktorunun sözləşməsinə xitam vermək istəyir ki, təzminat haqqı az olsun.

İllik maaşı 1 milyon avro olan Canluka Petrakinin "Roma" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM