“İnter”ə qol vurub, “Napoli” tarixinin ən yaxşı bombardiri oldu

14 İyun 2020 16:40 İtaliya 708
“İnter”ə qol vurub, “Napoli” tarixinin ən yaxşı bombardiri oldu

“Napoli” İtaliya kubokunun yarımfinal mərhələsinin cavab matçında “İnter”lə qollu bərabərə qalaraq (1:1, ilk oyun 1:0), adını finala yazdırıb.

Sportinfo.az xəbər verir ki, sözügedən qarşılaşmada “Napoli”nin yeganə qolunu vuran Dris Mertens klubun tarixinə düşüb. .

“İnter”lə oyunda bərabərlik qolunu vuran Mertens, “Napoli”dəki qollarının sayını 122-ə çatdırıb və belçikalı hücumçu, bununla da, klub tarixinin ən məhsuldar futbolçusu olub. 33 yaşlı hücumçu 2013-cü ildən “Napoli”də çıxış edir.

Mertensdən əvvəl klub tarixinin bombardiri Marek Hamşik idi. Slovak futbolçunun aktivində 121 qol var idi.

“Napoli” İtaliya kubokunun yarımfinalının ilk matçında “İnter”i məğlub etmişdi – 1:0. Cavab qarşılaşmasında da rəqibiylə qollu bərabərə qalan Neapol təmsilçisi adını finala yazdırıb. “Napoli” kubokun finalında, iyunun 17-də “Yuventus”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti