"Napoli" İtaliya Kubokunun finalına çıxdı - VİDEO

14 İyun 2020 10:00 İtaliya 497
"Napoli" İtaliya Kubokunun finalına çıxdı - VİDEO

Neapolun "San-Paolo" stadionunda İtaliya Kuboku yarımfinalının “Napoli” və “İnter” arasında cavab matçı olub.

Sportinfo.az xəbər verir ki, matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Oyunda hesabı “İnter”in yarımmüdafiəçisi Kristian Eriksen açıb. O, ikinci dəqiqədə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib. Lakin “Napoli”nin hücumçusu Dris Mertens fasiləyə qədər hesabı bərabərləşdirib.

İtaliya Kubokunun 2/1 finalının fevralın 12-də Milanda keçirilən birinci görüşündə “Napoli” 1:0 hesablı qələbə qazanıb.

Bununla da "Napoli" yarışın finalına çıxıb. Komanda həlledici görüşdə Turin "Yuventus"u ilə üz-üzə gələcək. Həlledici matç iyunun 17-də Romanın "Olimpiko" stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti