"Yuventus"un futbolçusu Kriştiano Ronaldo komandasının İtaliya kubokunun finalına yüksəlməsini şərh edib.
Sportinfo.az xəbər verir ki, bununla bağlı o, özünün "İnstaqram" səhifəsində yazıb:
"Yenidən başlamaq fərqli idi, amma məqsədimizə çatdıq. Roma, biz buradayıq".
"Yuventus" "Milan"la iki görüşün nəticəsinə əsasən (1:1, 0:0) səfərdə vurduğu qol hesabına finala çıxıb. Turin təmsilçisi finalda "Napoli" - "İnter" cütlüyünün qalibi ilə qarşılaşacaq. Həlledici görüş isə iyunun 17-i Romada keçiriləcək.

