Paytaxt klubunda yeni müqavilə

11 İyun 2020 16:56 İtaliya 826
Paytaxt klubunda yeni müqavilə

“Latsio” rəhbərliyi baş məşqçisi Simone İnzaginin komandada qalmasını istəyir.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi 44 yaşlı mütəxəssisə yeni müqavilə təklif edib. Tərəflər arasında artıq ilkin razılıq da edilib. Anlaşmaya əsasən, İnzagi gələn ilin yayına qədər olan sözləşmə müddətini daha 2 il uzadacaq.

Çalışdırıcının bundan sonrakı illik məvacibi isə 2,5 milyon avro təşkil edəcək. Komanda İtaliya çempionu olarsa, İnzaginin maaşı avtomatik olaraq 3 milyon avroya yüksələcək.

Qeyd edək ki, “Latsio” A seriyasında 26 turdan sonra ikinci pillədə qərarlaşır və lider “Yuventus”dan 1 xal geri qalır. Simone İnzagi isə 2016-cı ildən komandaya rəhbərlik edir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM