Qalmaqallı məşhur futbolçu klubun bazasına buraxılmadı

9 İyun 2020 23:30 İtaliya 651
Qalmaqallı məşhur futbolçu klubun bazasına buraxılmadı

“Breşiya”nın hücumçusu Mario Balotelli klubun bazasına buraxılmayıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb italiyalı futbolçunun klub prezidenti Massimo Çellino arasında problem yaşanmasıdır.

İtaliya millisinin sabiq üzvü məşq üçün bazaya yollansa da, içəri daxil olmasına icazə verilməyib. 30 yaşlı oyunçu isə əsəbi şəkildə avtomobilinə əyləşərək oranı tərk edib.

“Breşiya” rəhbərliyi Balotelli ilə müqaviləyə xitam vermək istədiklərini açıqlayıb. Onun komandanın məşqlərinə gəlmədiyi bildirilmişdi. Balotelli isə məşqlərdən yayınmadığını açıqlamışdı.

Digər Xəbərlər
Xəbər Lenti