"Düşünmürəm ki, böhran top-futbolçuların qiymətini dəyişsin"

9 İyun 2020 01:52 İtaliya 432
"Düşünmürəm ki, böhran top-futbolçuların qiymətini dəyişsin"

"Napoli"nin idman direktoru Kristiano Cuntoli komandanın müdafiəçisi Kalidu Kulibalinin satışında güzəştə getməyəcəklərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi seneqallı müdafiəçinin qitmərini düşürməyəcəklərini bildirib:

"İnsanlar yayda transfer danışıqlarının fərqli olacağını düşünür. Fikrimcə, bunlar adi bəhanələrdir. Düşünmürəm ki, koronavirusun yaratdığı böhran Kulibali və digər top-futbolçuların qiymətini dəyişsin.

Əlbəttə, transfer sxemi dəyişəcək. Klublar daha çox icarəyə götürməyə çalışacaq. Futbol tez zamanda yeni şəraitə uyğunlaşacaq".

Klub rəsmisi Arkadiuş Milikin müqaviləsini uzada bilməyəcəkləri halda, polşalı hücumçunu transfer qoyacaqlarını deyib.

Kulibalinin "Napoli" ilə 2023-cü ilin yayına qədər müqaviləsi var. Neapol təmsilçisi 28 yaşlı müdafiəçini 100 milyon avroya satmaq istəyir.

Digər Xəbərlər
Xəbər Lenti