“Bəzən məni Ronaldonun həqiqətən 35 yaşının olub-olmadığı maraqlandırır”

8 İyun 2020 01:38 İtaliya 603
“Bəzən məni Ronaldonun həqiqətən 35 yaşının olub-olmadığı maraqlandırır”

“Yuventus”un müdafiəçisi Matteys de Liqt komanda yoldaşları barədə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, niderlandlı futbolçu “qoca sinyora”dakı ən yaxşı futbolçular barədə danışıb:

“Komandadakı ən güclü futbolçular haqqında danışmaq çətindir, həqiqətən də yaxşı heyətimiz var. Kriştiano Ronaldo haqqında danışmağa ehtiyac belə yoxdur, o, bütün gənc futbolçular üçün nümunədir.

Hər zaman onu izləyərək oyun tərzimi inkişaf etdirməyə çalışıram. Bəzən məni Ronaldonun həqiqətən 35 yaşının olub-olmadığı maraqlandırır.

Ronaldodan başqa, Paulo Dibala və Rodriqo Bentankur da mənə çox təsir edir, hər ikisi inanılmaz texnikaya sahib futbolçulardır. Xüsusilə, Rodriqoya layiq olduğu dəyər verilmir, amma onun inanılmaz gələcəyi olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti