Ronaldo bu qola görə kimə hədiyyə göndərdi? - VİDEO

7 İyun 2020 17:00 İtaliya 1 827
Ronaldo bu qola görə kimə hədiyyə göndərdi? - VİDEO

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo “Napoli”nin fanatına imzalı formasını hədiyyə edib.

Sportinfo.az xəbər verir ki, bu haqda “Gazzetta dello Sport” məlumat yayıb.

Françesko Salerno adı azarkeşlər üçün heç nə demir. Amma o, 2 il əvvəl İtaliya Regionlar liqasında gözəl bir qola imza atıb. Bu, Ronaldonun “Real”da çıxış etdiyi vaxt 2018-ci ildə Çempionlar Liqasının finalında “Yuventus”a vurduğu qola bənzəyib.

Həmin qoldan 2 il sonra Ronaldo “Napoli” fanatına forma göndərib və üzərinə “Françesko üçün. Əla qoldur” sözlərini yazıb.

Digər Xəbərlər
Xəbər Lenti