Kubok yarışması gələn həftə bərpa olunur – Təqvim açıqlandı

5 İyun 2020 13:25 İtaliya 464
Kubok yarışması gələn həftə bərpa olunur – Təqvim açıqlandı

Koronavirus pandemiyasına görə dayandırılmış futbol üzrə İtaliya kubokunun qalan oyunlarının təqvimi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə ölkənin idman naziri Vinçentso Spadafora məlumat verib.

O, “Milan” və “Yuventus” arasında baş tutacaq yarımfinal görüşünün iyunun 12-də keçiriləcəyini söyləyib. Bir gün sonra isə “Napoli” ilə “İnter” qarşılaşacaq. İyunun 17-də isə final qarşılaşması baş tutacaq.

İtaliya A Seriyasının da iyunun 20-dən etibarən bərpası nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti