Ulduz futboçu məşqlərdən imtina etdi

27 May 2020 20:40 İtaliya 489
Ulduz futboçu məşqlərdən imtina etdi

“Breşiya” klubunun futbolçusu Mario Balotelli əsas komandanın məşqlərində iştirak etmir.

Sportinfo.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Balotelli, “Breşiya”nın əsas komandasıyla məşq etməkdən imtina edib və o, gənclərdən ibarət komanda üçün ayrılmış sahədə məşq edir.

“Breşiya” italyan hücumçuyla müqaviləyə xitam verəcək. Klubun yaxın zamanda bu haqda rəsmi məlumat yayacağı bildirilir.

Balotelli ilə Braziliyanın “Vasko da Qama”, “Flamenqo”, “Botafoqo” və Türkiyənin “Qalatasaray” klubu maraqlanır.

Digər Xəbərlər
Xəbər Lenti