
İtaliya Futbol Federasiyası (FIGC) "Latsio"nun prezidenti Klaudio Lotitoya qarşı araşdırmaya başlayıb.
Sportinfo.az xəbər verir ki, buna 63 yaşlı mütəxəssisin martın 8-də keçirilmiş "Yuventus" - "İnter" matçının danışılmış xarakterli olduğuna dair açıqlaması səbəb olub.
Lotito Turin komandasından 1 xal geri qalmalarını məhz bu görüşdə baş verənlərlə əlaqələndirib. FIGC klub prezidentinin bu açıqlamasına aydınlıq gətirmək istəyir.
Dedikləri təsdiqlənməsə, Lotitonu müvafiq sanksiya gözləyir. "Latsio" A Seriyasında 26 turdan sonra 62 xalla 2-ci pillədə qərarlaşıb. Lider "Yuventus"un isə 63 xalı var.