"Napoli"də kütləvi satış

24 May 2020 10:00 İtaliya 448
"Napoli"də kütləvi satış

“Napoli” yay transfer pəncərəsi zamanı 4 lider futbolçusunu satmaq barədə düşünür.

Sportinfo.az xəbər verir ki, klub heyəti yenidən qurmaq qərarı verib.

Prezident Aurelio de Laurentis hesab edir ki, “Napoli”nin hazırkı dövrü başa çatır və komandada ciddi dəyişikliyə ehtiyac var. O, bu məsələdə baş məşqçisi Cennaro Qattuzoya tam inanır.

Bu məqsədlə də mütəxəssisə yeni müqavilə təklif olunacaq. Bildirilir ki, “Napoli” qarşıdakı transfer pəncərəsində Arkadiuş Milik, Allan, Kalidu Kulibali və Fauzi Qulyamın satışından 200 milyon avro qazanmağı düşünür.

Klub rəhbərliyi hesab edir ki, bu futbolçuların pik mərhələsi artıq geridə qalıb.

Digər Xəbərlər
Xəbər Lenti