Uğursuz İspaniya karyerasından sonra "Milan"a gedə bilər

22 May 2020 19:00 İtaliya 593
Uğursuz İspaniya karyerasından sonra "Milan"a gedə bilər

“Real”ın futbolçusu Luka Yoviç karyerasını İtaliyada davam etdirə bilər.

Sportinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Milan” 22 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq niyyətindədir. Yoviç “qırmızı-qaralar”ın yay transfer dövrü üçün əsas hədəfidir. İtaliya klubu serbiyalı futbolçunu birdəfəlik transfer etmə maddəsi ilə 2 illik icarəyə götürməyi planlaşdırır.

“Milan” Yoviçə illik 5 milyon avro məvacib təklif edir.

“Real”ın müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulan futbolçunu satmaq istədiyi bildirilir.

Yoviç keçən ilin yayından “kral klubu”nun şərəfini qoruyur.

Digər Xəbərlər
Xəbər Lenti