Premyer Liqanın çempionunun son illərdəki ən bahalı transferləri – SİYAHI

27 Avqust 2023 10:15 İngiltərə 887
Premyer Liqanın çempionunun son illərdəki ən bahalı transferləri – SİYAHI

2015/16 mövsümündən bu yana İngiltərənin “Mançester Siti” klubunun gerçəkləşdirdiyi ən bahalı transferlər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, siyahıya Cek Qriliş başçılıq edir (117.5 milyon avro).

İkinci yerdə Yoşko Qvardiol (90 milyon avro), üçüncü pillədə isə Kevin de Bruyne (76 milyon avro) qərarlaşıb.

Siyahıda yer alan futbolçular aşağıdakılardır:

  1. Cek Qriliş (2021/22 mövsümü, “Aston Villa”dan, 117.5 milyon avroya)
  2. Yoşko Qvardiol (2023/24 mövsümü, “Leyptsiq”dən, 90 milyon avroya)
  3. Kevin de Bruyne (2015/16 mövsümü, “Volfsburq”dan, 76 milyon avroya)
  4. Ruben Dias (2020/21 mövsümü, “Benfika”dan, 71.6 milyon avroya)
  5. Rodri Hernandes (2019/20 mövsümü, “Atletiko”dan, 70 milyon avroya)
  6. Riyad Mahrez (2018/19 mövsümü, “Lester”dən, 67.8 milyon avroya)
  7. Joao Kanselo (2019/20 mövsümü, “Yuventus”dan, 65 milyon avroya)
  8. Emerik Laport (2017/18 mövsümü, “Atletik”dən, 65 milyon avroya)
  9. Rahim Sterlinq (2015/16 mövsümü, “Liverpul”dan, 63.7 milyon avroya)
  10. Jeremi Doku (2023/24 mövsümü, “Renn”dən, 60 milyon avroya)

Siyahıda yer alan futbolçulardan Mahrez, Laport və Sterlinq artıq “şəhərlilər”in formasını geyinmir. Joao Kanselonun da Mançester təmsilçisini tərk edəcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti