Cəlal Hüseynov çox az oynadı, komandası qalib gəldi

15 Avqust 07:20 Bizimkilər 378
Cəlal Hüseynov çox az oynadı, komandası qalib gəldi

Rumıniya çempionatında 5-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” səfərdə “Voluntari”nin qonağı olub.

Görüş həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb.

Oyuna ehtiyat oyunçular skamyasından başlayan Cəlal Hüseynov 81-ci dəqiqədə meydana çıxıb.

Bu qələbədən sonra "Petrolul" 9 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

“Voluntari” - “Petrolul” 1:2
Qollar:
Bran Flores, 9-pen. (0:1), Roman, 11 (1:1), Malula, 71 (1:2)

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi