“Mançester Yunayted” “Atalanta”nın müdafiəçisi Corco Skalvinini transfer etmək niyyətindədir.
Sportinfo.az “Transfer News Live”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 22 yaşlı futbolçunun çıxışını yaxından izləyir və gələcəkdə onun transferini reallaşdırmaq imkanını nəzərdən keçirir.
İngiltərə klubunun rəhbərliyi mərkəz müdafiəçisinin oyunundan razıdır. Ancaq hələlik “Atalanta”ya rəsmi təklif göndərilməyib.
“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, Skalvininin bazar dəyəri 38 milyon avrodur. Onun Berqamo təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Daha əvvəl İtaliya millisinin üzvü ilə İngiltərənin digər təmsilçisi “Çelsi”nin də maraqlandığı bildirilmişdi.
