“Barselona”dan təklif gözləyir - Argentinalı müdafiəçi

10:20 İngiltərə 90
“Barselona”dan təklif gözləyir - Argentinalı müdafiəçi

“Tottenhem”in mərkəz müdafiəçisi Kristian Romero “Barselona”ya keçmək variantını hələ də nəzərdən keçirir.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, həmçinin, “Atletiko” da argentinalı futbolçu üçün danışıqlar aparır.

Lakin Romero son qərarını verməyə tələsmir. O, “Barselona”nın onun transferi üçün “Atletiko” ilə rəqabət aparmağa hazır olub-olmadığını gözləmək istəyir.

“Tottenhem” isə 28 yaşlı futbolçunun satışından ən azı 40 milyon avro qazanmağı hədəfləyib.

“Barselona” hazırda “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri ilə də müqavilə imzalamaq üzərində işləyir. Kataloniya klubunun idman direktoru Deku Romeronun oyununu yüksək qiymətləndirir, lakin tərəflər arasında konkret danışıqlar aparılmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
9 Avqust 20:00 Çək və bizə göndər!