“Neftçi”dəki əcnəbinin xanımı burada gördüklərinə “bayıldı” - VİDEO

14 Avqust 23:00 Neftçi 253
“Neftçi”dəki əcnəbinin xanımı burada gördüklərinə “bayıldı” - VİDEO

“Neftçi”nin futbolçusu Breno Almeyda həyat yoldaşı ilə “See Breeze”ə yollanıb.

Braziliyalı xanım burada gördüklərindən sözün əsl mənasında şoka düşüb.

Belli adlı xanım şəxsi “instagram” səhifəsi üçün hazırladığı vloqu izləyicilərinə təqdim edərək gün ərzində gördüklərini nəql edib.

Onun portuqalca danışdıqlarının mətnini təqdim edirik:

“Həyat yoldaşımın istirahət günündən istifadə edib bu ölkənin çimərliyini kəşf etməyə gəldik.

— Bu nədir, Dubay?
— Yox, sevgilim, bura Azərbaycandır.

Bu maşına hələ öyrəşməmişəm. O qədər mükəmməldir ki!

Biz burada çimərlikdən zövq almaq üçün ən məşhur məkanlardan biri olan “Sea Breeze”ə getdik. Burada hər şey var: məktəb, restoran, hotel və müxtəlif rezidenslər.

Biz çimərliyin qarşısında yerləşən “Caspian Beach Resort”da qaldıq. Burada seçim edə bilərsiniz: hovuzdan və çimərlikdən istifadə imkanı verən kurortun daxilindəki bungalovlarda qala bilərsiniz, yaxud bu otaqlardan birini seçə bilərsiniz.

Biz əvvəlcə bungalovda qaldıq, sonra isə tam təcrübə yaşamaq üçün bir otaq da götürdük.

İndi isə bu mənzərəyə baxın — möhtəşəmdir! Bura daha sakit və özəl hissədir.

Quzu əti sifariş etdik. Bu, burada çox məşhur olan yeməklərdən biridir.

Budur, çimərlik. Azərbaycanın çimərlikləri Xəzər dənizi ilə əhatə olunub. Əslində isə Xəzər dəniz deyil, göldür və dünyanın ən böyük gölü hesab olunur.

Qumun üzərində “şüməndən o tərəfə keçmək qadağandır” yazılan bir lövhə var. Sizə göstərmək üçün kameranı yaxınlaşdırıram. Bax, həmin qırmızı şüməndir, çox yaxındadır.

Əgər kimsə həmin şüməndə yaxınlaşsa, xilasedici dərhal orada olur və xəbərdarlıq edir.

Müəyyən tarixlərdə burada açıq havada kino nümayişləri də keçirilir. Mini-qolf meydançası, nəhəng şahmat da var.

Breno ilə şahmat oynamağa çalışdım. Hətta oyunda fırıldaq etməyə cəhd etdim, amma o, icazə vermədi. Sonra oyunu dayandırdım, çünki heç nə başa düşmürdüm.

Breno soruşur:

- Sevgilim, kurort haqqında nə düşünürsən?
- Böyük bir sakitlikdir deyə bilərəm. Amma müharibəsiz sülh olmaz.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
14 Avqust 18:10 Çək və bizə göndər!