Ronaldoya güzəşt etdilər, toyundan sonra saçlarını rənglədi - FOTO

10:20 Hadisə 93
Ronaldoya güzəşt etdilər, toyundan sonra saçlarını rənglədi - FOTO

Kriştianu Ronaldo model Corcina Rodrigeslə evləndikdən sonra saçlarını narıncı rəngə boyatdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə məşhur futbolçu öz sosial şəbəkə hesablarında məlumat verib.

Cütlüyün nikah mərasimi avqustun 11-də tutub.

Daha əvvəl idmançı toyun 2026-cı il dünya çempionatından sonra və qapalı formatda keçiriləcəyini bildirmişdi. Çünki Rodriges böyük təmtəraqlı məclislərin tərəfdarı olmadığını vurğulamışdı.

Xatırladaq ki, 2025-ci il avqustun 11-də Corcina Rodriges “Instagram” hesabında 3 brilyant qaşla bəzədilmiş nişan üzüyünün fotosunu paylaşaraq Ronaldoya ərə getdiyini elan etmişdi.

Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun şərəfini qoruyur və ailəsi ilə birgə bu ölkədə yaşayır.

Ölkədə nikahdankənar kişi və qadının eyni dam altında yaşaması qadağan olsa da, yerli hakimiyyət əfsanəvi futbolçuya güzəştə gedərək, uşaqlarının anası ilə birgə yaşamasına icazə vermişdi.

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı
13 Avqust 17:10 Çək və bizə göndər!
13 Avqust 08:30 "Sabah"dan yeni TRANSFER