“Barselona”nın hücumçusuna göz dikib - Premyer Liqanın son çempionu

7 Avqust 18:20 İngiltərə 397
“Barselona”nın hücumçusuna göz dikib - Premyer Liqanın son çempionu

“Arsenal” “Barselona”nın hücumçusu Ferran Torreslə maraqlanır.

Sportinfo.az “CaughtOffside”-a istinadən xəbər verir ki, London klubunun nümayəndələri ispaniyalının vəziyyəti barədə onları məlumatlandırmağı xahiş edib.

“Topçular” Vinisius Juniorun transferinin baş tutmamasından sonra diqqətini 26 yaşlı forvarda yönəldə bilər.

Braziliyalı “Real”da qalmaq qərarına gəlib və klubla müqaviləsini yeniləyib.

Torresin gələcəyi isə hələ də qeyri-müəyyəndir. Onun “Barselona” ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

Tərəflər arasında yeni sözləşmə ilə bağlı danışıqlar isə hələ başlamayıb.

Dünya çempionu uğrunda mübarizədə hazırda əsas favorit PSJ hesab olunur. Paris klubu artıq transfer üzərində iş aparır.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi