“Qarabağ” hər şeyi bitirdi, 20 illik ənənənin axırına çıxdı

15 Avqust 01:10 Qarabağ 1 175
“Qarabağ” hər şeyi bitirdi, 20 illik ənənənin axırına çıxdı

Kiyev “Dinamo”su Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a uduzaraq avrokuboklarla vidalaşıb və tarixi antirekorda imza atıb.

Paytaxt klubu ilk oyunda 1:0 hesabı ilə qalib gəlsə də, Bakıda 0:2 hesabı ilə məğlub olub.

Sportinfo.az Ukrayna mediasına istinadən xəbər verir ki, “Dinamo” sonuncu dəfə bu qədər erkən mərhələdə 2005/06 mövsümündə avrokuboklardan kənar qalmışdı.

Həmin vaxt Kiyev təmsilçisi İsveçrənin “Tun” klubuna uduzmuşdu.

Bundan sonra “Dinamo” hər mövsüm ən azı avrokubokların pley-off mərhələsinə qədər irəliləyirdi. Bu seriya “Qarabağ”la oyunlardan sonra başa çatıb.

Bundan başqa, “Dinamo” 1992-ci ildən bəri ilk dəfə ilk matçdan sonra üstün olduğu halda iki oyunluq qarşıdurmada mübarizəni dayandırıb.

Buna qədər belə 11 cütün hamısında Kiyev klubu mərhələ adlamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi