“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!” - FOTO

14 Avqust 13:20 Bizimkilər 530
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!” - FOTO

"Rakuv” (Polşa) Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, Çenstoxova təmsilçisi sosial şəbəkə hesabında 29 yaşlı futbolçunun fotosunu yayımlayaraq yazıb:

“Sabahınız xeyir, Medaliklər! (“Rakuv” azarkeşləri - red.) Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir! Növbəti missiya isə artıq bazar günü bizi gözləyir!”

“Rakuv” dünən Konfrans Liqasında “Hammarbü”nü (İsveç) mübarizədən kənarlaşdıraraq pley-off mərhələsinə yüksəlib.

Avqustun 16-da onlar Polşa çempionatının 4-cü turunda səfərdə “Krakovia” ilə qarşılşacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi