Müdafiəçisini Premyer Liqa nəhənginə icarəyə verdi - “Barselona”

11 Avqust 01:30 İngiltərə 349
Müdafiəçisini Premyer Liqa nəhənginə icarəyə verdi - “Barselona”

“Barselona”nın müdafiəçisi Ronald Arauxo 2026/2027 mövsümünü icarə əsasında “Liverpul”da keçirəcək.

Sportinfo.az xəbər verir ki, İngiltərə klubu 27 yaşlı uruqvaylı müdafiəçinin transferini elan edib.

Müqavilədə mersisaydlıların mövsümün sonunda futbolçunu 55 milyon avroya satın almaq hüququnun olduğu bildirilir.

Tanınmış jurnalist Ben Ceykobsun məlumatına görə, “Liverpul” bu transfer üçün “Barselona”ya icarə haqqı ödəməyəcək, lakin oyunçunun maaşını tam qarşılayacaq.

Arauxo da öz növbəsində yeni mövsüm üçün əməkhaqqısının bir qədər azaldılmasına razılıq verib.

Müdafiəçi ötən mövsüm “Barselona”nın heyətində La Liqada 24 oyuna çıxaraq 3 qolla yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!