"Qəbələ" Tovuzda məğlub oldu - - YENİLƏNİB

14 Avqust 21:28 Premyerliqa 734
"Qəbələ" Tovuzda məğlub oldu - - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında 2026/27 mövsümünə start verilib.

Sportinfo.az xəbər verir ki,bu, 1992-ci ildən bəri keçirilən Azərbaycanın 35-ci milli çempionatı olacaq.

Budəfəki yarışda adları qeyd olunan 12 komanda iştirak edəcək: "Araz-Naxçıvan", "İmişli", "Kəpəz", "Qarabağ", "Qəbələ", "Neftçi", "Sabah", "Sumqayıt", "Şamaxı", "Şəfa", "Turan Tovuz", "Zirə".

Turun açılış matçı Tovuz şəhər stadionunda yerli "Turan Tovuz"la "Qəbələ" klubları arasında olub. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

1-ci turun digər oyunları avqustun 15-16-17 tarixlərində keçiriləcək.

19:30. “Turan Tovuz” – “Qəbələ” 1:0

Qollar: Enrike Silva, 35

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tovuz şəhər stadionu

“Turan Tovuz”: 35. Aleksey Kenyaykin 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado (k) 7. Xorxe Silva 19. Roberto Olabe 33. Filip Damyanoviç 8. David Tavareş 11. Dioqo Balau

Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Rahil Məmmədov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 66. Raul Məmmədov 99. Sadiq Şəfiyev 21. Stiv Beusnar

Baş məşqçi: Kurban Berdiyev

“Qəbələ”: 1. Səlahət Ağayev (k) 27. Eşqin Əhmədov 24. İsmael Akinade 9. Karim Rossi 7. Bruno Silva 6. Xayme Syerra 12. Kouya Mabea 16. İsaak Amoah 5. Natan Monzanqo 80. Meşak Uboçioma 3. Edson Eduardo

Ehtiyat oyunçular: 32. Artur Motta 94. Həbib Hüşənov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 81. Samir Ağayev 2. Aqşin Yaqubov 21. Ziya Şəkərxanov

Baş məşqçi: Kaxaber Tsxadadze

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO