“Real”ın baş məşqçisi Joze Mourinyo 2013-cü ildə “Mançester Yunayted”i çalışdırmaqdan niyə imtina etdiyini açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, Madrid klubundan ayrıldıqdan sonra Aleks Ferqyusonu “Mançester Yunayted”in baş məşqçisi postunda əvəzləmək barədə razılığa gəldiyini bildirib:
“Real”dan ayrıldıqdan sonra Ser Aleksin “Mançester Yunayted”dəki postunu tutmaq barədə razılığa gəlmişdim. Bu təklif mənim üçün böyük şərəf idi.
Çünki “Mançester Yunayted” çox maraqlı seçimdir. Ancaq futbola sevgi ilə konkret kluba olan sevgi tamam fərqli şeylərdir.
Məncə, ikincisi daha güclüdür. Əslində, “Real”dan sonra yenidən sevilmək istəyirdim.
Aleks Ferqyusonun varisi olmaqdan imtina etmək çox çətin qərar idi. Ancaq bundan peşman deyiləm, çünki seçimimi ürəyimin səsi ilə etdim”.
Mourinyo 2013-cü ildə “Mançester Yunayted” əvəzinə “Çelsi”nin baş məşqçisi olub. O, daha sonra – 2016-2018-ci illərdə “qırmızı şeytanlar”ın “sükanı arxasında” çalışıb.
