“Müdafiəçiyəmsə, üzərimdə hansı məsuliyyətin olduğunu bilirəm”

14 Avqust 23:40 Qarabağ 149
“Müdafiəçiyəmsə, üzərimdə hansı məsuliyyətin olduğunu bilirəm”

“Müdafiəçiyəmsə, üzərimdə hansı məsuliyyətin olduğunu bilirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın müdafiəçisi Bense Varkonyi deyib.

Ağdamlı azarkeşlərin ondan gözləntisi böyükdür. Macarıstanlıya 6 il “Qarabağ”ın formasını geyinərək fanatların sevimlisinə çevrilməyi bacaran Kevin Medinanın əvəzləyicisi kimi baxırlar.

O, buna hazırdırmı? Səbəbkarı dinləyək:

“Bilirəm ki, azarkeşlər mənə böyük ümidlər bəsləyir. Mən də onların eimadını doğrultmaq üçün var gücümlə çalışacam.

“Qarabağ”ın qazanacağı uğurlarda pay sahibi olmaq istəyirəm.

Ağdam təmsilçisi “Zalaeqerseq”dən transfer olunan 24 yaşlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalayıb.

MTK-nın yetirməsi karyerası ərzində bu klubun əsas komandası, həmçinin “Kozarmisleni”də də çıxış edib. Macarıstanın U-21 komandasında forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Avqust 18:10 Çək və bizə göndər!