Premyer Liqada yeni mövsüm, köhnə problemlər - AĞIR DƏRDDİR!

19:20 Premyerliqa 116
Premyer Liqada yeni mövsüm, köhnə problemlər - AĞIR DƏRDDİR!

Azərbaycan Premyer Liqasında yeni mövsüm köhnə problemlərlə başlayır.

Naxcıvanı təmsil edən "Araz-Naxçıvan" Qəbələdə ev oyunlarını keçirəcək.

Debütant "Şəfa" rəqiblərini Sumqayıtda yerləşən "SOCAR POLMYER Arena"da qəbul edəcək.

Avrokuboklarda çıxış edən "Sabah"ın xahiş ilə "Kəpəz"lə görüş Gəncədə yox, Bakıda baş tutacaq.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun örtüyündə problem olduğu üçün "Sumqayıt" bir müddər ev oyunlarına "SOCAR POLMYER Arena"da çıxacaq.

Stadion problemi yaşayanlardan biri də "İmişli"dir. Ötən mövsümü Quba olimpiya kompleksinin stadionunda keçirən aran təmsilçisi bu dəfə Yevlax şəhər stadionuna üz tutub.

Amma Yevlaxdakı idman qurğusunda işıqlandırma sistemi olmadığı üçün kollektiv ilk 5 turu səfər meydanında keçirəcək.

Eyni səbəbdən "Şamaxı" da oxşar taleyi yaşayacaq.

Bu hələ üzdə olan, qlobal problemlərdir.

Xırdalara keçsək, say-say bitməz.

Bir sözlə, illər geridə qalır, amma Premyer Liqanın ənənəvi problemləri yerində sayır.

Həlli istiqamətində addımlar isə çox ləng atılır.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı