Fidan 42-ci dünya çempionatında mübarizə apardı - Almaniyanın Frankfurt şəhərində

04:30 Digər növlər 83
Fidan 42-ci dünya çempionatında mübarizə apardı - Almaniyanın Frankfurt şəhərində

Azərbaycanın bədii gimnastı Fidan Qurbanlı Almaniyanın Frankfurt şəhərində keçirilən 42-ci dünya çempionatında mübarizə aparıb.

Sportinfo.az xəbər verir ki, idmançı halqa, top, gürzlər və lentlə çıxış edərək çoxnövçülük üzrə ümumilikdə 75.350 xal toplayıb və yarışın yekun sıralamasında 43-cü pillədə qərarlaşıb.

Dünya Gimnastika Federasiyasının (World Gymnastics) təqvimində yer alan mötəbər yarışda dünyanın müxtəlif ölkələrindən 300-ə yaxın gimnast iştirak edir.

Çempionat Frankfurtun məşhur Festhalle arenasında təşkil olunur.

Digər Xəbərlər
Xəbər Lenti
14 Avqust 18:10 Çək və bizə göndər!