“Qarabağ” pley-off-da ilk oyunu harada keçirəcək?

12:40 Qarabağ 232
“Qarabağ” pley-off-da ilk oyunu harada keçirəcək?

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsinin cavab oyununda Kiyev “Dinamo”suna 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

İlk görüşdə Ukrayna klubu 1:0 hesabı ilə qalib gəlmişdi.

Qurban Qurbanovun komandası pley-offda Niderlandın “Tvente” klubu ilə qarşılaşacaq.

“Tvente” 3-cü təsnifat mərhələsində Slovakiyanın DAK-1904 komandasını mübarizədən kənarlaşdırıb. Niderland təmsilçisi ilk matçda 6:0 hesabı ilə qalib gəlib, cavab görüşündə isə 3:3 hesablı heç-heçə edib.

“Qarabağ” pley-off-da ilk oyunu səfərdə keçirəcək.

Konfrans Liqasının pley-off mərhələsinin ilk matçları avqustun 20-də, cavab görüşləri isə 27 avqustda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı
13 Avqust 17:10 Çək və bizə göndər!