“Düzünü desəm, düşünmürəm ki, bu gün nəsə baş verəcək”

22:00 İngiltərə 90
“Düzünü desəm, düşünmürəm ki, bu gün nəsə baş verəcək”

“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska klubun transfer planları ilə bağlı açıqlama verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı, bu gün hansısa yeni transferin baş tutub-tutmayacağı ilə bağlı suala cavabında hazırda belə bir gözləntinin olmadığını bildirib:

“Düzünü desəm, bu gün yox. Düşünmürəm ki, bu gün nəsə baş verəcək”.

Beləliklə, “Mançester Siti”nin “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes üçün bu gün təklif irəli sürməyəcəyi məlum olub.

“Şəhərlilər” bu yay klub tarixindəki transfer rekordunu yeniləyib. Klub “Nyukasl”dan Elliot Andersonun keçidi üçün 135 milyon avro ödəyib.

“Mançester Siti” avqustun 16-da İngiltərə superkuboku uğrunda “Arsenal”la qarşılaşacaq. Oyun saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti