Daha bir assosiasiya FİFA prezidentinə dəstəyini geri çəkdi

00:20 Dünya futbolu 88
Daha bir assosiasiya FİFA prezidentinə dəstəyini geri çəkdi

İrlandiya Futbol Assosiasiyası Canni İnfantinonun FİFA prezidenti vəzifəsinə yenidən seçilməsinə dəstəyini geri çəkib.

Assosiasiya bu qərarı son dövrlərdə baş verən hadisələrlə əlaqələndirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, assosiasiyanın yaydığı açıqlamada idarəetmə, şəffaflıq və konstruktiv məsləhətləşmələrin olmaması ilə bağlı ciddi narahatlıqların yarandığı bildirilib.

Daha əvvəl FİFA-nın dünya çempionatının kommersiya hüquqlarını özəl investorlara satmaq üçün FİFA Forward Enterprise (FFE) adlı yeni kommersiya strukturu yaratmağı planlaşdırdığı məlum olmuşdu.

Sonradan futbol konfederasiyalarının təzyiqi və UEFA-ya üzvü olan ölkələrin dünya çempionatını boykot edə biləcəyi ilə bağlı yaranan təhlükə fonunda İnfantino bu ideyadan imtina edib.

Bundan sonra bir sıra milli futbol assosiasiyaları 2027-ci ilin martında keçirilməsi planlaşdırılan FİFA prezident seçkisində hazırkı rəhbərə dəstəklərini geri çəkib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Avqust 18:10 Çək və bizə göndər!