“Liverpul”un sabiq futbolçusu Ceymi Karrager, müdafiəçi Ronald Arauxonun “Barselona”dan İngiltərə klubuna mümkün icarə keçidinə münasibət bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə belə deyib:
“Arauxo həm mərkəzdə, həm də sağda oynaya bilən fiziki “canavar”, aqressiv müdafiəçidir. Ən yüksək səviyyədə təcrübəsi var.
“Barselona”nın kapitanı olub və böyük oyunlarda oynayıb. İcarə kiçik bir riskdir.
Onu bir il izləyə, baş məşqçi Andoni İraolanın tələblərinə uyğunlaşıb-uyğunlaşmadığını görə və hər şey yoluna düşərsə, satın ala bilərik.
Burada məntiq var. O, problemli bir mövqeyi çox xərc çəkmədən doldurur.
Amma təkcə həvəs kifayət deyil. Arauxo top komandalara qarşı matçlarda çox vaxt diqqətini itirir, axmaq penaltilərə səbəb olur və ya meydandan qovulur.
Premyer Liqada bunu bağışlamırlar, hansısa bir səhv cəzalandırılacaq. Arauxo ardıcıllıq və intizamla mübarizə aparıb, onun səviyyəsi aşağı düşüb.
“Liverpul” “Barselona”da 19 yaşlı Pau Kubarsiyə uduzan oyunçunu deyil, daha dözümlü müdafiəçini transfer etməli idi.
Amma əvvəlcə onun necə oynayacağını görəcəyik. Hələ ki, çox sevinmirəm”.
