Almaniya millisinin müdafiəçisi Premyer Liqanın iddialı klubunun HƏDƏFİNDƏ

11 Avqust 10:00 İngiltərə 487
Almaniya millisinin müdafiəçisi Premyer Liqanın iddialı klubunun HƏDƏFİNDƏ

“Mançester Yunayted” Almaniya millisinin və “Leyptsiq”in müdafiəçisi David Rauma maraq göstərir.

Sportinfio.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Daha əvvəl “qırmızı şeytanlar” “Nyukasl”dan Luis Hollu transfer etməyə çalışıb. Raumu isə onun alternativi kimi nəzərdən keçirirlər.

Raum ötən mövsüm bütün turnirlərdə 34 oyunda meydana çıxıb, 3 qol vurub və 9 məhsuldar ötürmə verib.

28 yaşlı müdafiəçinin “Leyptsiq”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. “Transfermarkt” portalı onun dəyərini 25 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!