Birinci Liqa təmsilçisi MOİK-in akademiyası fəaliyyətə başlayır.
Bu barədə klubdan məlumat əldə etmişik.
Yenidən qurulacaq akademiyanın koordinatoru Elnur Əliyev olacaq.
Rəhbərlik bütün yaş qrupları üzrə komandaların yaradılmasını ona tapşırıb.
Təcrübəli mütəxəssis "hərbiçilər"ə tanış simadır.
Bir müddət əvvəl burda məşqçi kimi çalışıb.
B kateqoriyasına sahib olan məşqçinin akademiya təcrübəsi var.
O, ilk dəfə "Qəbələ" akademiyasında çalışıb.
Ardınca uzun müddət “Qarabağ”ın akademiyasında olub.
Ən son isə "Sumqayıt"ın əvəzedici komandasında məşqçi kimi fəaliyyət göstərib.
Futbolçu kimi isə “Qarabağ”, “Rəvan”, “Ümid”, “Bakılı”, “Şəfa”, “Ədliyyə” və MOİK kimi klublarda çıxış edib.
XANOĞLAN/ SPORTİNFO.AZ
