"Qəbələ"nin satdığı hücumçu "Qarabağ"ın rəqibinə qol vurdu - VİDEO

15 Avqust 03:30 Hadisə 489
"Qəbələ"nin satdığı hücumçu "Qarabağ"ın rəqibinə qol vurdu - VİDEO

"DAK 1904" Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində doğma meydanda "Tvente" (Niderland) ilə üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, görüş 3:3 hesablı bərabərliklə başa çatıb.

Slovakiya təmsilçisinin qollarından birini yayda "Qəbələ"dən "DAK 1904"ə transfer olunan Prins Ovusu vurub. Qanalı hücumçu komandasının 3-cü qolunun müəllifi olub.

"DAK 1904"ü mübarizədən kənarlaşdıran "Tvente" Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi