“Neftçi”növbəti ayrılığın lap astanasındadır.
İmad Faraj arıtq Azərbaycanı tərk edib. Fransa vətəndaşı olan vinger Tunisə yollanıb.
O, bu gün “Esperans”də tibbi baxışdan keçəcək. Sağlıq durumunda problem aşkarlanmasa, uzunmüdətli müqavilə bağlayacaq.
Tunis klubu Mərakeş kökənli yarımmüdafiəçiyə görə təzminat ödəməyə hazırdır.
Ərəblər bu keçidin baş tutması üçün 1,3-1,4 milyon avro təzminat ödəməyə razıdır.
Redaksiyamıza verilən inofrmasiyaya görə, tərəflər arasında aparılan danışıqlar bitmək üzrədir.
Yuri Vernidub bu ayrılığın əleyhinə deyil. Baş məşqçi adıçəkilən legionerin onun taktiki planlarına uyğun gəlmədiyi qənaətindədir.
Fransalı sağ cinah oyunçusu 2025-ci ilin yayında “ağ-qaralar”la 3 illik müqavilə bağlayıb. "Lill" akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb,
“AEK Larnaka” ilə Kipr kubokunun qalibi olub. Fransanın U-16, U-17, U-18 və U-19 millilərinin şərəfini qoruyub.
"Neftçi" bu yay 7 nəfərlə vidalaşıb.
Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov, Cordan Rezabala, Ryonosuke Ohori və Ağadadaş Salyanski düşərgəni tərk edib.
SPORTİNFO.AZ
