"Neftçi" transfer çalışmalarını dayandırmayıb.
Paytaxt təmsilçisi yaxın günlərdə daha iki yeni legioneri sıralarına qatmağı planlaşdırır.
Klubdan əldə etdiyimiz məlumata görə, bu istək Yuri Verniduba məxsusdur. Baş məşqçi iki mövqeni gücləndirmək niyyətində olduğunu rəhbərliyin diqqətinə çatdırıb.
O, dayaq yarımmüdafiəçisi və hücumçu alınmasını xahiş edib.
Ukraynalı çalışdırıcı bu qənaətdəlir ki, həmin zonaları gücləndirmək mümkün olarsa, komanda Premyer Liqanın qarşıdakı mövsümündə titul uğrunda mübarizə apara biləcək.
«Ağ-qaralar» bu yay 6 əməliyyat həyata keçirib.
Rüfət Abbasovu "Şamaxı"dan geri qaytaran bakılılar Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Endryu Qravilyon ("Peksara" İtaliya), Lyubomir Tupta (AEL, Yunanıstan), Fredi Varqas ("Makkabi" Netanya) və Alen Şkribek (ZTE, Macarıstan) müqavilə imzalayıb.
SPORTİNFO.AZ
