“O, baha başa gələcək, onların yerində olsaydım, bu transfer etməyə çalışardım”

18:40 İngiltərə 140
“O, baha başa gələcək, onların yerində olsaydım, bu transfer etməyə çalışardım”

İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen “Liverpul”un transfer hədəflərindən hesab olunan Bredli Barkola barədə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, “Liverpool Echo”-ya danışan Ouen, Mersisayd təmsilçisinin heyətinə yüksək səviyyəli cinah oyunçusu qatmalı olduğunu bildirib:

“O, baha başa gələcək. Amma “Liverpul” statuslu transfer etməlidir.

Əvvəllər Məhəmməd Salah, Sadio Mane və Luis Dias var idi. Hazırda hücumun cinahında həmin səviyyədə futbolçular çatışmır”.

Sabiq futbolçu, daha əvvəl “Liverpul”a “Vest Hem”in oyunçusu Carrod Bouenin transferini tövsiyə etdiyini də xatırladıb:

“Bir neçə ay əvvəl demişdim ki, “Liverpul”un yerində olsaydım, Boueni transfer etməyə çalışardım. Mənə elə gəlirdi ki, bu, çox məntiqli seçim olar. Amma indi bu keçid artıq real görünmür”.

Bouen, “Vest Hem” Çempionşipə düşməsinə baxmayaraq, klubu ilə müqaviləsinin müddətini uzadıb.

Məlumata görə, PSJ Barkolanın transferi üçün təxminən 148 milyon avro tələb edə bilər.

Digər Xəbərlər
Xəbər Lenti